Dünya
40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB
Xpress.az Redaksiyası
15.10.2026 08:40
Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti və qasırğa İstanbulda nəqliyyatın hərəkətini iflic edərək 40-dan çox təyyarənin digər şəhərlərin hava limanlarına yönləndirilməsinə səbəb olub.
Bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, şiddətli yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış binası su altında qalıb və 15 torpaq sürüşməsi qeydə alınıb. Səlahiyyətlilər isə sakinləri və turistləri zərurət olmadıqca evdə qalmaga çağırıb.