Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Qiyamət günü"nün tarixi açıqlandı:
"Qiyamət günü"nün tarixi açıqlandı:
Dünya

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

Xpress.az Redaksiyası 15.10.2026 10:07

Nüfuzlu "The Lancet" jurnalının komissiyası tərəfindən 35 mütəxəssisin üçillik tədqiqatları əsasında hazırlanan yeni qlobal risk hesabatı nüvə münaqişəsi və süni intellektin pis məqsədlə istifadəsinin 2100-cü ilə qədər bəşəriyyəti məhv edə biləcəyini ortaya qoyub.

Dünya miqyasında sağlamlıq və ömür uzunluğunu təhdid edən 17 əsas riskin nəzərdən keçirildiyi hərtərəfli tədqiqat Almaniyanın Berlin şəhərində təşkil edilən Dünya Səhiyyə Sammitində ictimaiyyətə açıqlanıb.

Hesabatda təhlükələrin böyüklüyünə diqqət çəkilir və eyni zamanda da onlardan hər biri üçün real həll yollarının olduğu vurğulanır.

Tədqiqatda nüvə müharibəsi və süni intellektin pis məqsədlər üçün istifadəsi versiyalarının reallaşma ehtimalının aşağı olmasına baxmayaraq, dağıdıcı təsirləri səbəbindən ən yuxarı sıralarda yer alıb. Nüvə münaqişələrinin atmosferi bağlayaraq, aclığa səbəb ola biləcəyi, süni intellekt dəstəkli bioloji silahların isə bəşəriyyət üçün misli görünməmiş fəlakətlər yarada biləcəyi qeyd edilib. Mütəxəssislər bu risklərin qiyamət ssenarisi yaratmaq potensialına malik olduğunu vurğulayıblar.

Siyahıda yer alan digər böyük təhdidlər sırasında hava çirkliliyi, antimikrob müqaviməti, uşaqlarda qeyri-kafi qidalanma, iqlim böhranı, ənənəvi münaqişələr və xarici yardımın kəsilməsi kimi hallar da var.

Yüksəkgəlirli bölgələrdə piylənmə və mental sağlamlıq problemləri ön plana çıxır, aşağıgəlirli bölgələrdə isə təhsil səviyyəsinin aşağı olması sağlamlığa təhdid yaradan əsas amillər kimi qeyd edilir.

Son illərdə ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir çox varlı ölkənin xarici yardım büdcələrində azalmaların olması qlobal sağlamlıq baxımından risk yaradır. Hesablamalara görə, beynəlxalq səhiyyə yardımlarının azalması və ya çökməsi halında 2100-cü ilə qədər milyardlarla illik sağlam həyat itirilə bilər ki, bunun da təxminən 70%-i Afrikada hiss ediləcək. Bölgə həmçinin uşaqlarda qeyri-kafi qidalanma böhranından ən çox zərər görən ərazilər arasındadır.

Komissiya üzvləri yayımlanan hesabatın insanları qorxutmaq məqsədilə deyil, liderlərin bu gündən başlayaraq hərəkətə keçməsi üçün bir bələdçi kimi xidmət etdiyini qeyd ediblər. Bildirilib ki, iqlim böhranında temperatur artımının məhdudlaşdırılması və ya texnoloji yeniliklərə investisiya qoyulması kimi addımlar sayəsində milyardlarla illik sağlam həyat xilas edilə bilər. /Oxu.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yəməndə husilər prezident sarayına hücum etdilər

15.10.2026 20:19 Dünya

65 yaşadək şəxslərə şans:

15.10.2026 19:49 Cəmiyyət

Onun edamı canlı yayımlanmayacaq -

15.10.2026 18:45 Dünya

Aysel Şükürova keçmiş həyat yoldaşını

15.10.2026 17:40 Şou-Biznes

Akif Aşırlı MŞ İdarə Heyətinə seçkilərə qatılmamağının səbəbini açıqladı:

15.10.2026 17:30 Media

 “Kapital Bank” ona aid olmayan BOKT-a görə

15.10.2026 17:19 İqtisadiyyat

Jurnalistlərin qurultayı:

15.10.2026 17:16 Media

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE

15.10.2026 17:00 Cəmiyyət

“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir

15.10.2026 16:23 İqtisadiyyat

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

15.10.2026 16:06 Cəmiyyət

"Binance Research"ün oktyabr hesabatından əsas məqamlar

15.10.2026 15:12 İqtisadiyyat

Məktəbə hücum edənlər həbs olundu

15.10.2026 14:48 Təhsil

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

15.10.2026 14:13 Cəmiyyət

“Rabitəbank”ın balans kapitalında 7% AZALMA

15.10.2026 13:50 İqtisadiyyat

"Bank Respublika"ya korporativ katib təyin olundu

15.10.2026 13:30 İqtisadiyyat

“Bizi müharibəyə Ermənistan məcbur edib”

15.10.2026 12:51 Cəmiyyət

Müəllimlərin pensiyası necə artırıla bilər?

15.10.2026 12:22 Cəmiyyət

“Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib”

15.10.2026 12:00 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək