Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edil...
Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
Dünya

Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi

Xpress.az Redaksiyası 21.10.2026 08:58

ABŞ-ın Minnesota ştatında diametri üç metrdən çox olan qəribə metal obyekt aşkarlanıb.

Bu barədə People jurnalı məlumat yayıb.

Qarğıdalı sahəsində iri metal əşyanın olması barədə məlumat Stivens dairəsinin şerif idarəsinə daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları diametri təxminən 11 fut (3,4 metr) olan dairəvi metal obyekt görüblər. Ehtimal olunur ki, bu, kosmik tullantıdır.

Naməlum obyekt yaxın vaxtlarda sahədən götürüləcək. Yerli hakimiyyət orqanları onun insanlar üçün təhlükə yaratmadığını bildirirlər. Hadisə barədə Minnesota ştatının polisi məlumatlandırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək