“Mən Fərhad Bədəlbəylinin səviyyəsində deyiləm” - Aqil Abbas
“Mən onun səviyyəsində deyiləm".
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib.
O, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin sözlərini şərh edib.
Xatırladaq ki, parlamentin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirəsində F.Bədəlbəyli bildirib:
“İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi “şah”, Şuşaya gəldi “mat”. Bu böyük siyasətdir. Fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun”.
Öz növbəsində, Aqil Abbas qeyd edib: “Mən onun səviyyəsində deyiləm. O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pionoçudur, musiqişünasdır. Nə deyirsə, düz deyir”.