Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Sülh sammitində hansı ölkələr iştirak edəcək?
Sülh sammitində hansı ölkələr iştirak edəcək?
Dünya

Sülh sammitində hansı ölkələr iştirak edəcək? Siyahı

Xpress.az Redaksiyası 12.10.2025 22:12

Ən azı 20 ölkədən olan nümayəndə oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək sülh sammitinə qatılacağını təsdiqləyib.

Bu barədə Misir Prezidenti Əbdülfəttah Sisinin ofisi məlumat yayıb.

"Sammitdə Azərbaycan, Ermənistan, Bəhreyn, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Hindistan, İndoneziya, İordaniya, İspaniya, İtaliya, Kipr, Küveyt, BƏƏ, Oman, Pakistan, Türkiyə, ABŞ, Fransa və Almaniya liderlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir. Bundan başqa, Şarm əş-Şeyxdə BMT-nin baş katibi, Avropa Şurasının prezidenti və Ərəb Dövlətləri Liqasının baş katibinin də olacağı gözlənilir", - məlumatda deyilib. (Ajans.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək