Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tarixdə ilk QƏTL bu ölkədə olub
Tarixdə ilk QƏTL bu ölkədə olub
Dünya

Tarixdə ilk QƏTL bu ölkədə olub

Xpress.az Redaksiyası 13.10.2025 07:10

Vyetnamdakı mağaralardan birində arxeoloqlar insan qalıqları aşkar ediblər. Bu qalıqların bəşər tarixində tanınan ilk qətl qurbanlarından birinə aid ola biləcəyi ehtimal olunur. Mütəxəssislərin hesablamalarına görə, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Cənub-Şərqi Asiyada insanlararası zorakılığın ən erkən sübutu ola bilər. İşlər Oksford Universitetindən Kristofer Stimsonun rəhbərlik etdiyi alimlər qrupu tərəfindən aparılıb.

Qalıqlar Txunq Bin 1 adlı mağarada aşkar edilib. Bu mağara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Çanqan kompleksinə aiddir. Baxmayaraq ki, kəllə sümüyü dəfn olunduqdan sonra çatlayıb, sümük analizi göstərib ki, TBH1 kimi qeyd olunan kişi yerli sakin olub və ölüm zamanı yaxşı fiziki vəziyyətdə imiş. Bu isə alimləri onun ölüm səbəblərini qeyri-adi şəraitdə axtarmağa vadar edib.

Müşahidələr göstərib ki, kişidə əlavə boyun qabırğası olub. Bu, yalnız insanların təxminən 1%-də rast gəlinir. Sümüklərin yanında kvarsdan hazırlanmış bir ucluq tapılıb və onun atıcı silah kimi istifadə edildiyi müəyyən edilib. Smitson Təbii Tarix Muzeyindən arxeoloq Benjamin Uttinqin sözlərinə görə, bu artefakt nə Txunq Bin 1-də, nə də qonşu yaşayış məntəqələrində tapılan alətlərə bənzəmir, bu da onun mənşəyi barədə suallar doğurur.

Sümüklərin daha ətraflı öyrənilməsi faciənin mənzərəsini bərpa etməyə imkan verib. Əlavə boyun qabırğasında sınıq və infeksiya izləri aşkar edilib. Tədqiqatçılar güman edirlər ki, kvars ucluğu kişinin boynuna dəyib, sümüyə ilişib qalıb və infeksiya yaradıb. Nəticədə zərərçəkmiş bir neçə gün və ya həftə ərzində dünyasını dəyişib.

Alimlər vurğulayırlar ki, bu tapıntı unikal xarakter daşıyır, çünki həm zədələnmə, həm də onu törədən alət eyni vaxtda aşkar edilib. Stimson bunu "qədim cəmiyyətdə zorakılığın ən nadir sübutu" adlandırıb. /Lent.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək