Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Zəfər” şahmat turniri keçirildi
“Zəfər” şahmat turniri keçirildi
İdman

“Zəfər” şahmat turniri keçirildi - Fotolar

Xpress.az Redaksiyası 27.10.2025 21:40

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.

Turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.

Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.

Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.







Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək