Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Abbasabad qalasını tikən fransız mühəndisi kim olu...
Abbasabad qalasını tikən fransız mühəndisi kim olub?-
Mədəniyyət

Abbasabad qalasını tikən fransız mühəndisi kim olub?- ARAŞDIRMA

Xpress.az Redaksiyası 23.10.2025 15:00

1816 və 1834-cü illərdə iki dəfə Naxçıvanda olmuş baron Korf “İran haqqında xatirələr” (“Воспоминания о Персии”) kitabında yazır: “Bu ölkədə 25 il əvvəl Abbas Mirzə tərəfindən tikilmiş qala (Abbasabad qalası nəzərdə tutulur - Y.X.) gördüm. Bu qala Abbas Mirzənin xidmətində olmuş fransız mühəndisinin planı əsasında tikilmişdir”.
 
Qalanın fransız mühəndisləri tərəfindən tikilməsi məlumatına tarixi ədəbiyyatda tez-tez rast gəlinsə də, bu günədək Azərbaycan oxucusu onların adları və şəxsiyyətləri barədə demək olar ki, heç bir məlumata malik deyil.
 
Biz, yeni sənədlərin izi ilə araşdırmalar edərkən bu fransız mühəndislərindən birinin, özü də ən əsas olanının adını öyrənə bildik. Qaynaqlarda bu şəxsin adı Armand-François Lamy (1781-1839) (bəzi ingilisdilli mətnlərdə “Lamie”) kimi keçir. O, sonralar marechal de camp rütbəli general və 1831-1839-cu illərdə Fransa Milli Məclisinin (Dordogne) deputatı olub. Lamy, 1807-1809-cu illərdə Napoleonun General Gardane missiyasının tərkibində Qacarlara hərbi-mühəndis dəstəyi verən dörd zabitdən biri olub. Əldə etdiyimiz məlumatlara görə Abbasabad qalası məhz onun planları əsasında “Avropa modeli”ndə qurulub.
Nə qədər qəribə səslənsə də, bəzi müəlliflərin fərziyyəsinə görə 1812-ci ildə Napoleon Bonapart bu qala ilə bağlı “Xüsusi tədqiqat”larla maraqlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi tarixdə Fransa-Qacar hərbi əməkdaşlığını (Gardane missiyası) təsdiq edən faktlar məlum olsa da, Napoleonun 1812-də qalaya dair “xüsusi tədqiqat” iddiasını təsdiqləyən etibarlı qaynaq yoxdur.
 
Digər maraqlı fakt isə odur ki, “İranica” ensiklopediyasına görə sözügedən plan sonradan Madras (Hindistanın cənub-şərqindəki Chennai şəhərinin köhnə adıdır -Y.X.) mühəndislərindən zabit, sonradan diplomat və tarixçi olan  William Monteith (1790-1864) tərəfindən təkmilləşdirilib.
O, 1809-cu ildə leytenant, 1817-ci ildə kapitan, 1824-cü ildə polkovnik-leytenant, 1839-cu ildə polkovnik, 1841-ci ildə general-mayor, 1854-cü ildə fəxri general-leytenant rütbəsi almışdır. William Monteith 1810-cu ildə Sir John Malcolm səfirliyinin tərkibində Təbrizdə olarkən Abbas Mirzənin xahişi ilə Araz çayı boyuunca rus fortportlarını tədqiq etmişdir. O, həm mühəndis-istehkamçı, həm də sahə müşahidəçisi kimi İran-Qafqaz hadisələrinin birbaşa içində olan şəxs olub. Abbasabad qalasının layihə planının təkmilləşdirilməsi,
 
Rus-İran müharibəsindəki təcrübəsi, sonrakı diplomatik fəaliyyəti, geocoğrafi məzmunlu yazıları onu region tarixi üçün birinci dərəcəli şahid-müəllifə çevirir.
Monteithin Abbasabad qalasına dair planı (“Plan of the fortress of Abbasabad by W. Monteith”) hazırda Böyük Britaniyanın Kew (The National Archives) Milli Arxivində “FO 60/14” şirifti altında saxlanılır. “FO 60” seriyası ümumən Xarici İşlər Nazirliyinin İranla bağlı yazışma və materiallarını əhatə edir.

Naxçıvan Dövlət Universitetinin "Ümumi Hüquq" kafedrasının müəllimi

Yunis Xəlilov 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək