Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Dünyanı dəyişdirən məşhur
Dünyanı dəyişdirən məşhur
Dünya

Dünyanı dəyişdirən məşhur UĞURSUZLAR

Xpress.az Redaksiyası 30.10.2025 14:19

♦ Tomas Edison cəmi dörd aydan sonra məktəbdən qovulub: Müəllimi onu "əqli cəhətdən geri qalmış" hesab edirdi. Buna baxmayaraq, o, tarixin ən böyük ixtiraçılarından biri olub. 

♦ Çarlz Darvin təzyiq altında tibb təhsilini tərk edib: Atası ona deyib: "Sən sadəcə axmaqsan!" Lakin Darvin təkamül nəzəriyyəsi ilə biologiyada inqilab etdi.

♦ Uolt Disney "yaradıcılıq çatışmazlığı"na görə, qəzetdən qovulub. Daha sonra o, nəsillərin heyran olduğu bir əyləncə imperiyası qurun.

♦ Lüdviq van Bethovenin musiqi müəllimi onun "istedadının" olmadığını deyib. Buna baxmayaraq, o, tarixin ən qalıcı musiqi əsərlərini  bəstələyibdi. 

♦ Albert Eynşteyn dörd yaşına qədər danışa bilməyib. Müəllimləri onun əqli cəhətdən geri qalmış ola biləcəyini düşünürdülər. Buna baxmayaraq, o, elm tarixinin ən parlaq zəka sahiblərindən birinə çevrilib. 

♦ Ogüst Rodin İncəsənət Akademiyası imtahanından üç dəfə kəsilib. Atası onu "axmaq" adlandırdı. Bu gün o, tarixin ən böyük heykəltəraşlarından biri hesab olunur.

♦ Motsart II İosif tərəfindən "Fiqaronun evliliyi" əsərinə görə, "Çoxlu not var" deyə tənqid olunmuşdu. Bu gün onun musiqi dahiliyi danılmazdır.

♦ Dmitri Mendeleyev məktəbdə kimya fənnindən qiymətləri aşağı olub. Lakin o, dövri cədvəli inkişaf etdirərək, elmdə inqilab edib. 

♦ Henri Ford oxumaq və yazmaqda çətinlik çəkib  və böyük uğurundan əvvəl bir neçə dəfə müflis olub. Amma sonda O, avtomobil dünyasında inqilab edib. 

♦ Quqlielmo Markoni hava vasitəsilə sözləri ötürə biləcəyini iddia etdikdə, ailəsi onu psixiatra aparıb. Aylar sonra onun ixtirası - radio - dənizdə həyatları xilas edib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək