Dünya
İki bədəni olan adam: SİRLİ HADİSƏ
Xpress.az Redaksiyası
04.11.2025 21:20
XIX əsrdə yaşamış Jean Libbera tibbi dünyada nadir rast gəlinən hadisə ilə yadda qalıb. Onun sinə və qarın hissəsində parazit əkizi böyüyüb. Bu əkizin iki qolu, iki ayağı və formalaşmamış başı olub, lakin canlı deyildi və tamamilə Libberanın bədəninə bağlı vəziyyətdə idi.
Bütün bu fiziki xüsusiyyətlərə baxmayaraq, Jean Libbera normal həyat sürüb, ailə qurub və sağlam övladlar dünyaya gətirib. O, 50 yaşında vəfat edib.
Bu hadisə tibb tarixində “iki bədənli insan” fenomeni kimi tanınır və bu günə qədər elm adamlarının maraq dairəsində qalır.
