Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm İrlandiya prezidenti
İrlandiya prezidenti
Gündəm

İrlandiya prezidenti xəstəxanalıq oldu

Xpress.az Redaksiyası 27.10.2025 20:45

İrlandiyanın hazırkı prezidenti Maykl D.Higgins gecəni xəstəxanada keçirib.

“İndependent” qəzeti yazır. 

Bildirilir ki, İrlandiya lideri özünü pis hiss etdiyini bildirdikdən sonra müayinə üçün Müqəddəs Ceyms xəstəxanasına gedib. Xəstəxanada ona infeksiya diaqnozu qoyulub. 84 yaşlı siyasətçinin ikinci və son səlahiyyət müddəti noyabrın 10-da başa çatır.

Oktyabrın 24-də irlandiyalı seçicilər solçu müstəqil Ketrin Konollinin onun varisi seçilməsinə səs veriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək