Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Kəmaləddin Heydərov Ramiz Mehdiyevə villa bağışlay...
Kəmaləddin Heydərov Ramiz Mehdiyevə villa bağışlayıb? -
Gündəm

Kəmaləddin Heydərov Ramiz Mehdiyevə villa bağışlayıb? - ÖZÜ DANIŞDI

Xpress.az Redaksiyası 05.11.2025 15:30

"Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”. 

Xpress.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "gununsesi.info"ya Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.

Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək