Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Luvrda tarixi oğurluq:
Luvrda tarixi oğurluq:
Dünya

Luvrda tarixi oğurluq: Parisin mərkəzində 7 dəqiqəlik cinayət əməliyyatı

Xpress.az Redaksiyası 20.10.2025 16:30

Fransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Luvr muzeyində baş vermiş böyük zərgərlik oğurluğu ölkədə ciddi ictimai rezonans yaradıb. Hadisə barədə danışan Fransa ədliyyə naziri Jerald Darmanən bildirib ki, təhlükəsizlik tədbirlərinin uğursuzluğu nəticəsində bu hadisə “Fransa üçün çox mənfi təsir” yaradıb.

Yeddi dəqiqəlik planlı əməliyyat

Məlumata görə, dörd maskalı şəxs bazar günü səhər saat 09:30 radələrində Luvr muzeyinin Apolon Qalereyasına daxil olub. Onlar mexaniki liftlə muzeyin balkonuna qalxaraq şüşə pəncərələri kəsiblər və içəri giriblər. Təhlükəsizlik əməkdaşlarını hədələyən cinayətkarlar şüşə vitrini qıraraq minlərlə brilyant və qiymətli daşlardan ibarət səkkiz zərgərlik məmulatını oğurlayıblar. Oğurluq cəmi 7 dəqiqə davam edib.

Napoleonun imperatriçəsinə hədiyyə etdiyi boyunbağı da oğurlanıb

Oğurlanan eksponatlar arasında imperator Napoleonun həyat yoldaşı Mari-Luizaya bağışladığı brilyant və zümrüddən ibarət boyunbağı, həmçinin imperatriça Yujeniya və kraliça Mari-Ameliyə məxsus olmuş dəyərlər də var. Hər biri ölçüyəgəlməz tarixi və maddi dəyərə malik bu əşyaların bir çoxunun təxminən 2 min brilyant daşla bəzədildiyi bildirilir.

Nazir: “Fransa üçün çox pis təsir bağışladı”

Hadisəyə reaksiya verən ədliyyə naziri Jerald Darmanən deyib:
“İnsanlar Parisin mərkəzində mebel qaldıran kranı yerləşdirib bir neçə dəqiqəyə qiymətsiz zinət əşyalarını oğurlayıb. Bu, Fransa üçün çox pis təsir bağışladı.”
Daxili işlər naziri Loran Nünes isə Fransada muzeylərin təhlükəsizlik sistemlərində “böyük zəifliklər” olduğunu etiraf edib. Fransız mediasının məlumatına görə, oğurluğun baş verdiyi muzey qanadında olan otaqların üçdə birində müşahidə kameraları işlək vəziyyətdə deyilmiş.

Əgər 48 saata tapılmasalar, zinət əşyaları itib gedəcək”

Art Recovery International təşkilatının rəhbəri Kris Marinello isə BBC-yə açıqlamasında bildirib ki, əgər oğrular növbəti 24–48 saat ərzində yaxalanmasa, oğurlanmış zərgərlik məmulatları tamamilə yox ola bilər:
“Bu cür cinayətkarlar zinət əşyalarını bütöv saxlamayacaq. Onlar daşları çıxarıb, metallarını əridəcək və sübutları gizlədəcəklər.”

Muzey bağlandı, istintaq davam edir

Luvr muzeyi hadisədən sonra bazar ertəsi günü bağlandığını açıqlayıb. Prezident Emmanuel Makron oğurluğu “Fransa tarixinin və mədəni irsinin ürəyinə vurulmuş zərbə” adlandırıb.
Fransa Senatının Maliyyə Komitəsinin üzvü Nathalie Qule isə bildirib ki, bu hadisə “çox ağrılı və utandırıcı”dır:
“Bu, sıradan bir hadisə deyil. Təşkilatlı cinayətdir və oğruların məqsədi tarixi dəyər deyil, pul yuyulmasıdır.”

Hazırda polis və mədəniyyət nazirliyi hadisə ilə bağlı birgə istintaq aparır və oğruların tezliklə ələ keçiriləcəyi bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək