Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Misirdə gizli tunel aşkarlandı -
Misirdə gizli tunel aşkarlandı -
Gündəm

Misirdə gizli tunel aşkarlandı - SİRLİ DÜNYA

Xpress.az Redaksiyası 14.10.2025 09:28

Britaniyalı arxeoloq Endry Kollinz (Andrew Collins) qədim Misir sivilizasiyası ilə bağlı yeni sensasiyalı kəşf elan edib. O, Giza yaylasının altında yerləşən və piramidalarla əlaqəli ola biləcək mürəkkəb yeraltı tunel sisteminin izlərini tapdığını bildirib.
Xpress.az xəbər verir ki, alim bu araşdırmada XIX əsr tədqiqatçısı Henri Saltın gündəliklərinə əsaslanıb. Salt öz qeydlərində piramidaların cənubunda geniş katakombaların mövcudluğundan bəhs edirdi. Məhz bu məlumatlar Kollinzin son ekspedisiyasına istiqamət verib.
Arxeoloq qeyd edilən marşrutlar üzrə aparılan araşdırmalar nəticəsində “Quşlar türbəsi” adlanan ərazidə gizli giriş aşkar edib. İlkin təhlillər göstərib ki, bu mağara Misir səlahiyyətliləri tərəfindən radar skanları ilə təsdiqlənən daha geniş yeraltı sistemin yalnız bir hissəsidir.
Georadar avadanlıqları piramida kompleksinin altında dərinliklərə doğru uzanan çoxsaylı tunel və keçidlərin mövcudluğunu qeydə alıb. Kollinzin sözlərinə görə, bu strukturlar sırf təbii mənşəli deyil, qədim Misir memarları tərəfindən yaradılıb və zamanla genişləndirilib.
Misir hakimiyyəti isə hazırda bu əraziyə girişə məhdudiyyət qoyub və əlavə tədqiqatların aparılmasını nəzərdən keçirir.
Alimlərin fikrincə, Kollinzin tapıntısı Giza piramidalarının məqsədi və qədim Misir mədəniyyətinin gizli aspektləri barədə mövcud anlayışları dəyişə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək