Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Mütəxəssislər xəbərdarlıq edir –
Mütəxəssislər xəbərdarlıq edir –
Dünya

Mütəxəssislər xəbərdarlıq edir – əsla toxunmayın

Xpress.az Redaksiyası 04.11.2025 22:03

Uelsin məşhur istirahət məkanlarından olan sahilə “Portuqaliya Hərb Gəmisi” kimi tanınan ölümcül dəniz canlıları çıxıb. Rəsmilər, bu canlılar ölü kimi görünsələr də, onlara toxunmamağı tövsiyə edib və təmas halında ciddi sağlamlıq problemlərinin yarana biləcəyini bildiriblər.

Uelsin Port Talbot sahilində görülən bu ölümcül dəniz canlısı istirahətçilər arasında narahatlıq yaradıb. Sahil mühafizə qüvvələri, sahilə çıxan təhlükəli növlərə toxunmamaq barədə əhaliyə xəbərdarlıq edərək, bu cür təmasın ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyini bildirib.
Rəsmilər Uelsin “polad şəhəri” kimi tanınan Port Talbot yaxınlığında “Portuqaliya Hərb Gəmisi” adlanan dəniz canlılarının sahilə çıxdığını təsdiqləyiblər. Qeyd edilib ki, bu növ daha əvvəl Pembrokeshire, Gwynedd və Anglesey sahillərində də müşahidə olunub.
Sahil Mühafizəsi sözçüsü açıqlamasında deyib:
“Bu canlılar ölü kimi görünsələr belə, son dərəcə təhlükəlidirlər. Onların tentakulları (toxunma hissələri) hələ də aktiv ola bilər və təmas edən şəxslərdə ağrılı sancmalara səbəb ola bilər.”
Meduzaya bənzəyən Portuqaliya Hərb Gəmisi əslində bir-birinə bağlı koloniyalardan ibarət sifonofor növüdür. Alimlərin fikrincə, bu canlıların tentakulları 30 metrə qədər uzana bilər və təmas zamanı dəridə qabarcıqlar, yaralar, hətta ürək və ağciyər fəsadları yarada bilər.
Mütəxəssislər bildirirlər ki, bu zəhərli təmas bəzi insanlarda allergik şoka səbəb ola bilər və nadir hallarda ölümcül nəticələr doğura bilər. 1987-ci ildə Florida sahillərində bir nəfərin “Man O’ War” sancmasından sonra infarkt keçirərək öldüyü məlumdur.
Port Talbot Sahil Mühafizəsi sancmaya məruz qalan şəxslərin etməli olduqları tədbirləri də paylaşıb. Mütəxəssislər bildiriblər ki, zərərçəkmiş sahə təmiz su ilə deyil, dəniz suyu ilə yuyulmalıdır.
“Tentakulları əllə deyil, kredit kartı kimi düz bir əşya ilə diqqətlə çıxarın. Zərərçəkmiş sahəni ən azı 30 dəqiqə ərzində dözülə biləcək qədər isti suya batırın və daha sonra tibbi yardım alın,” – deyə əlavə ediblər.
Təhlükəli dəniz canlılarının görüldüyü Aberavon Sahili yerli əhali arasında “Aberavon Qumları” kimi tanınır. Təxminən beş kilometr uzunluğunda olan bu çimərlik yay aylarında sörfçülər, turistlər və yerli sakinlər tərəfindən tez-tez ziyarət olunur. Sahil mühafizə qüvvələri bildiriblər ki, sahilə çıxan bu canlılar təhlükəsiz şəkildə yığılacaq və bölgə nəzarət altına alınacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək