Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Nağıllar səhnəyə qayıdır:
Nağıllar səhnəyə qayıdır:
Mədəniyyət

Nağıllar səhnəyə qayıdır: Balet bayramı başlayır

Xpress.az Redaksiyası 14.10.2025 20:02

Son aylarda maraqlı layihələrlə ölkənin sənət gündəmində seçilən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı növbəti yeniliyi ilə sənətsevərlərin görüşünə gəlir. Teatrın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Balet Günləri keçiriləcək.

Yeni layihə təsadüfən “Hərəkətlə yazılan hekayə” adlandırılmayıb. Balet sənətinin mahiyyətini əks etdirən bu bayram günlərində üç möhtəşəm tamaşa nümayiş etdiriləcək.

Oktyabrın 15-də, kollektiv görkəmli bəstəkar Fikrət Əmirovun şah əsəri olan “Min bir gecə” baletini təqdim edəcək. Ərəb xalq nağıllarının motivləri əsasında yazılmış bu əsərin librettosu baletin ilk quruluşçusu, tanınmış baletmeyster Nailə Nəzirovaya və Xalq yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.

Tamaşada əsas partiyaları Əməkdar artistlər Nigar İbrahimova (Şəhrizad) və Anar Mikayılov (Şəhriyar), beynəlxalq müsabiqələr laureatları Ayan Eyvazova (Nuridə) və Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa edəcəklər. Baletdəki solo vokal partiya isə Xalq artisti Gülnaz İsmayılovanın ifasında səslənəcək. Tamaşanı Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Balet Günləri oktyabrın 28-də bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti ilə davam edəcək. “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazılmış bu iki pərdəli səhnə əsərinin librettosu və quruluşçu xoreoqrafiyası Rusiyanın Əməkdar İncəsənət xadimi Nadejda Maliginaya aiddir.

Nəhayət, Balet Günlərinin son tamaşası noyabrın 11-də nümayiş olunacaq. Həmin gün akademik teatrın balet truppası dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilə ciddi musiqi və incəsənət sevərlərin görüşünə gələcək.

Balet Günləri çərçivəsində bu ali və incə rəqs sənətinə həsr olunmuş müxtəlif tədbirlər və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.

Bütün tamaşalar Heydər Əliyev adına Sarayın səhnəsində təqdim olunacaq.

Gülcahan

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək