Dünya
Qatar iki qadını vurub- bu ölkədə
Xpress.az Redaksiyası
07.11.2025 20:30
Rusiyanın Tümen bölgəsindəki Krasnaya Qorka dayanacağında yük qatarı iki qadını vurub.
Xpress.az xarici KİV-lərə istinadən xəbər verir ki,hadisə nəzarətsiz keçiddə baş verib.
Qurbanlardan biri hadisə yerində ölüb, digəri isə hazırda xəstəxanada müalicə alır; onun vəziyyəti və xəsarətlərinin xarakteri müəyyən edilir.
İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.