Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Suraxanıda avtomobil
Suraxanıda avtomobil
Gündəm

Suraxanıda avtomobil dərəyə aşdı

Xpress.az Redaksiyası 10.11.2025 19:00

Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili dərəyə aşıb və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən həmin şəxs yaralı vəziyyətdə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək