Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Təyyarə həyəcan siqnalı vermədən radarlardan itib-
Təyyarə həyəcan siqnalı vermədən radarlardan itib-
Dünya

Təyyarə həyəcan siqnalı vermədən radarlardan itib- Gürcüstan

Xpress.az Redaksiyası 11.11.2025 18:30

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək