Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Türkiyədə körpü ÇÖKDÜ:
Türkiyədə körpü ÇÖKDÜ:
Dünya

Türkiyədə körpü ÇÖKDÜ: Dörd ölü, beş yaralı

Xpress.az Redaksiyası 11.11.2025 22:00

Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verən qəfil çökmə nəticəsində 4 işçi ölüb, beşi isə yaralanıb.

Bu barədə İHA-ya istinadən xəbər verir.

Kulp-Muş avtomobil yolunun ikinci kilometrliyində, Karabulak məhəlləsindəki Kupka kəndi yaxınlığında tikilməkdə olan dairəvi yolda körpünün bir hissəsi çöküb.

Məlumata görə, qəza nəticəsində beş nəfər yaralanıb. Məlumat daxil olduqdan sonra hadisə yerinə AFAD, 112 Təcili Yardım, jandarma və yanğınsöndürmə qrupları göndərilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək