Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin q...
Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb
Gündəm

Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb

Xpress.az Redaksiyası 12.11.2025 14:13

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin qara qutusu tapılıb.

Bu barədə A Haber-in canlı yayımında məlumat verilib.

Bildirilib ki, təyyarə qəzasının səbəbi araşdırmalardan sonra müəyyən ediləcək.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək