Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Şagird müəlliminİ
Şagird müəlliminİ
Dünya

Şagird müəlliminİ xəstəxanalıq etdi

Xpress.az Redaksiyası 12.11.2025 22:45

Moskva məktəblərindən birində şok hadisə baş verib: 10-cu sinif şagirdi qadın müəlliminə hücum edib.

Moskva Təhsil və Elm Departamentinin məlumatına görə, tənəffüs zamanı yeniyetmə müəllimin sinifdən çıxmasını gözləyib, daha sonra onun masasından yoxlama işi dəftərlərini  götürüb və çantasına qoyub.

Sinfə qayıtdıqdan sonra müəllim dəftərlərin götürüldüyünü görüb və şagirddən onların qaytarılmasını tələb edib, bu zaman şagird onun başına vurmağa başlayıb. Müəllim xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları işə cəlb olunub və məktəb daxili araşdırma aparır.

“Araşdırmadan sonra hücum edən şəxs qanunun bütün tələblərinə uyğun olaraq cəzalandırılacaq. Şagirdin məktəbdən xaric edilməsi ehtimalı da nəzərdən keçiriləcək", - deyə idarədən bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək