Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Metroda tüstüləmə niyə olub? -
Metroda tüstüləmə niyə olub? -
Gündəm

Metroda tüstüləmə niyə olub? - SƏBƏBİ AÇIQLANDI

Xpress.az Redaksiyası 14.11.2025 10:59

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.
Ajans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

O da vurğulanıb ki, saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək