Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Şəkidə sahibsiz it iki nəfərə
Şəkidə sahibsiz it iki nəfərə
Gündəm

Şəkidə sahibsiz it iki nəfərə hücum etdi

Xpress.az Redaksiyası 15.11.2025 23:19

Şəkidə iki nəfər sahibsiz itin hücumuna məruz qalıb.

 Oxud kənd sakini, 70 yaşlı Nəriman Məmmədov və Qoxmuq kənd sakini, 26 yaşlı Murad Məhərrəmov it dişləməsi nəticəsində xəsarət alıblar.

Hər iki zərərçəkən hadisədən dərhal sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Müayinə zamanı Nəriman Məmmədovun hər iki baldır nahiyəsində, Murad Məhərrəmovun isə qarın (göbək) nahiyəsində dişləmə xəsarətləri aşkarlanıb. Onlara dərhal tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

Həkimlərin sözlərinə görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Onlar ambulator müalicə almaları üçün evə buraxılıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək