Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Lənkəranda qəza oldu - Yaralılar var
Lənkəranda qəza oldu - Yaralılar var
Gündəm

Lənkəranda qəza oldu - Yaralılar var

Xpress.az Redaksiyası 16.11.2025 16:15

Lənkəran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini, 1976-cl il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək