Gündəm
Gəncədə minik maşını ilə moped toqquşdu - Yaralanan var
Xpress.az Redaksiyası
16.11.2025 17:15
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəktədə olan minik maşını ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü 2007-ci il təvəllüdlü İ.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.