Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ və Fransa Suriyanı parçalayan plana dəstək ver...
ABŞ və Fransa Suriyanı parçalayan plana dəstək verir? –
Dünya

ABŞ və Fransa Suriyanı parçalayan plana dəstək verir? – Ekspertdən ŞOK İDDİALAR

Xpress.az Redaksiyası 20.11.2025 16:37

“BMT-nin məlumatlarına görə, Suriya əhalisinin cəmi 3–5 faizini təşkil edən kürdlərin böyük hissəsinin dəstəkləmədiyi YPG/PYD/PKK terror təşkilatı, ABŞ və Fransanın hərbi-maliyyə dəstəyi ilə Suriyanın təxminən 30 faizinə nəzarət edərək özünü “hakim qüvvə” kimi təqdim edir”.



Bu fikirləri Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar Xpress.az - a danışarkən qeyd edib. O, bildirib ki, təşkilat uzun müddətdir ki, Suriyanın artıq vahid, unitar dövlət kimi qala bilməyəcəyini iddia edir:
“Bu fikirlər bu gün də dəyişmir və indi İraqın Duhok şəhərində Barzani rəhbərliyinin iştirakı ilə keçirilən toplantılarda təkrar səsləndirilir.
Halep və Dəməşqdəki müharibələrdən sonra ABŞ–Fransa xətti ilə irəli aparılan, Duhokda yaşanan “uğursuzluğun yeni mərhələsi” kimi xarakterizə olunan “İraqın şimalı – Suriyanın şimalı” yaxınlaşması indi əməkdaşlıq və inteqrasiya səviyyəsinə keçib.
Neçirvan Barzani: “Suriya üçün mərkəzi idarəetmə artıq düzgün model deyil,” — deyərkən, YPG/PYD rəhbərlərindən Mazlum Abdi: “Suriya mərkəzi dövlət sisteminə qayıda bilməz,” — ifadəsini işlədir.
Bu proses təkcə İraqın və Suriyanın şimalını deyil, bütün regionu — Suriyanı, İraqı, İranı və xüsusən də Türkiyəni birbaşa maraqlandırır. Regionu sarsıda, hətta parçalaya biləcək ssenarinin səssiz-səmirsiz irəlilədiyi açıq görünür.
Bu mərhələdə xarici güclərin məqsədi, İraq və Suriyanın şimalını faktiki olaraq birləşdirəcək hibrid, post-modern, hərbi-siyasi xarakterli bir “İrəlidəki Karakol Dövləti” yaratmaqdır.
Onlar addımlayır…
Biz isə sadəcə seyr edirik.
Həm Qəzzada, həm Suriyada, həm də “unitar dövlətə güzəştlər gözlənilən, amma ‘terrorsuz’ göstərilən Türkiyə prosesi” çərçivəsində:
təsəlli tapmağa və təsəlli verilməyə,
yatmağa və yatırılmağa,
ümid etməyə və ümid etdirilməyə,
gözləməyə və gözlədilməyə,
inanmağa və aldadılmağa
davam edirik.
Tarix, millət, həqiqət və Yaradan bu dövrü və bu prosesdə rol oynayanları necə xatırlayacaq — bunu zaman göstərəcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək