Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Putin: Konstantinovkada döyüşlər şiddətlənir, Kupy...
Putin: Konstantinovkada döyüşlər şiddətlənir, Kupyanskda Ukrayna batalyonları blokadada
Dünya

Putin: Konstantinovkada döyüşlər şiddətlənir, Kupyanskda Ukrayna batalyonları blokadada

Xpress.az Redaksiyası 20.11.2025 22:57

Xpress.az Rusiya KİV -ə istinadən  xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Donetsk vilayətinin Konstantinovka şəhərində artıq döyüşlərin şəhər daxilinə keçdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya qüvvələri bu istiqamətdə irəliləməni davam etdirir və şəhərdə mövqelər uğrunda yaxın məsafəli toqquşmalar baş verir.

Putin həmçinin bildirib ki, Kupyansk və ona bitişik ərazilərdə təxminən 15 Ukrayna Silahlı Qüvvələri batalyonu blokadaya alınıb. Prezidentin iddiasına görə, həmin istiqamətdə Ukrayna qoşunlarının manevr və təchizat imkanları ciddi şəkildə məhdudlaşıb.

Rusiya tərəfi bunu əməliyyat üstünlüyünün genişlənməsi kimi təqdim edir, lakin Ukrayna hərbi rəhbərliyi hələlik bu barədə rəsmi açıqlama verməyib. Hər iki istiqamətdə döyüşlərin davam etdiyi, bölgədə humanitar vəziyyətin isə ağırlaşdığı bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək