Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiyadan Donetskə zərbə -
Rusiyadan Donetskə zərbə -
Dünya

Rusiyadan Donetskə zərbə - 4 nəfər öldü

Xpress.az Redaksiyası 23.11.2025 16:03

Son sutka ərzində Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinə endirdiyi artilleriya zərbələri nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

Bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında bildirib.

"Limanda bir nəfər həlak olub. Kramatorskda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Aleksandrovska icmasının Dmitriya-Daryevka kəndində ev zədələnib. Konstantinovkada 2 nəfər yaralanıb, avtomobil və məbəd zərər görüb. Baxmut rayonunun Severesk şəhərində isə yeddi ev dağılıb", – deyə o dəqiqləşdirib.

Filaşkinin sözlərinə görə, cəmi bir sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətinin yaşayış məntəqələrini 19 dəfə atəşə tutublar, cəbhə xəttindən 221 nəfər, o cümlədən 95 uşaq təxliyə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək