Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Trampdan Ukrayna üçün şok bəyanat
Trampdan Ukrayna üçün şok bəyanat
Dünya

Trampdan Ukrayna üçün şok bəyanat

Xpress.az Redaksiyası 23.11.2025 23:46

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropanı ittiham edib.

 Donald Tramp “Truth Social” hesabında paylaşımında növbəti dəfə Ukrayna–Rusiya müharibəsinin baş verməsinə görə Co Bayden administrasiyasını günahlandırıb.

ABŞ Prezidenti qeyd edib ki, güclü və düzgün liderlik olsaydı, Ukrayna müharibəsi baş verməzdi. Donald Tramp 2020-ci ildə ABŞ-da prezident seçkilərinin “saxtalaşdırıldığını” iddia edərək, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putinin hücuma keçmək üçün fürsət gördüyünü vurğulayıb: “Mənim prezidentlik dövrümdə belə bir təhlükə belə yox idi, Putin heç vaxt hücum etməzdi. Putin Co Baydeni görəndən sonra ‘bu, mənim şansımdır" dedi. Co Bayden Ukraynaya hər şeyi pulsuz verib”.

Donald Tramp bildirib ki, hazırda ABŞ Ukraynaya göndərilməsi üçün NATO-ya böyük həcmdə silah partiyaları satmağa davam edir: "Ukrayna rəhbərliyi bizim səylərimizə görə heç bir minnətdarlıq bildirməyib, Avropa isə hələ də Rusiyadan neft alır".

ABŞ Prezidenti Ukrayna müharibəsini “humanitar fəlakət” adlandırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək