Dünya
Zelenski: “ABŞ-ın yeni planı Ukraynanın əsas maraqlarını nəzərə ala bilər”
Xpress.az Redaksiyası
24.11.2025 09:39
Xpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ-ın təqdim etdiyi yeni plan Ukraynanın milli maraqları üçün vacib olan bir neçə elementi nəzərə ala bilər. Dövlət başçısı qeyd edib ki, Kiyevə təqdim olunan sənəd üzrə ilkin qiymətləndirmələr aparılır və Ukrayna tərəfi öz mövqeyini dəqiqləşdirmək üzərində işləyir.
Zelenskinin sözlərinə görə, ABŞ-la aparılan danışıqlar hələ davam edir və planın hansı müddəalarının Ukraynanın təhlükəsizliyi, ərazi bütövlüyü və gələcək strategiyası ilə uyğunlaşacağı yaxın günlərdə aydınlaşacaq.