Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu şəhərə köçənlərə pulsuz ev və əlavə maaş verili...
Bu şəhərə köçənlərə pulsuz ev və əlavə maaş verilir
Dünya

Bu şəhərə köçənlərə pulsuz ev və əlavə maaş verilir

Xpress.az Redaksiyası 27.11.2025 19:33

Buraya köçənlərə pulsuz ev verilir, üstəlik onlara pul da ödəyirlər

Dünyanın bir çox ölkəsində əhalisi sürətlə azalan qəsəbələr yenidən canlanmaq üçün cəlbedici təşviqlərdən istifadə edirlər. İtaliyanın Siciliya adasındakı Gangi qəsəbəsi bu hərəkatın ən tanınmış nümunələrindən biridir. Uzun illərdir boş qalan tarixi evlər yeni sakinləri cəlb etmək üçün pulsuz verilir. Lakin bir şərt var: Evlər müəyyən müddət ərzində təmir edilməlidir. Gangi-dən sonra Siciliya və Sardiniya başda olmaqla İtaliyanın bir çox bölgəsi eyni modeli tətbiq etməyə başlayıb və bu maraqlı metod son zamanlar turistlərin belə diqqətini çəkib.

Bu təşəbbüs yalnız İtaliya ilə məhdudlaşmır. Sardiniya adası, kənd yerlərinə köçəcək şəxslərə 15 min avro qrant verir. Ev qiymətlərinin aşağı olduğu bu qəsəbələrdə məqsəd əhali itkisini dayan­dırmaq və gənc ailələri bölgəyə cəlb etməkdir. Oxşar siyasət İspaniyada da tətbiq olunur. Asturias və Ponga kimi əhalisi yaşlanan kəndlər, yerləşmək istəyən ailələrə 3.000–10.000 avro arasında dəstək təqdim edir. Uşağı olanlara əlavə ödəniş edilməklə kənd həyatına dönüş təşviq olunur.

Avropadakı təşviq proqramları bununla da bitmir. ABŞ-ın Kansas və Oklahoma ştatları, bölgəyə köçəcək işçilərə 10 min dollar qrant verir. Xüsusilə rəqəmsal işçilər, uzaqdan çalışan gənclər və ailələr hədəf alınır. Kanadanın Cape Breton bölgəsi isə boşalan qəsəbələri canlandırmaq üçün ailələrə pulsuz torpaq verir və bölgədə biznesi devralmaq istəyənlərə vergi güzəştləri təqdim edir.

Yunanıstan da oxşar addım atıb. Antikitira adası, adaya köçən ailələrə pulsuz ev, üç il boyunca aylıq 500 avro ödəniş və uşaq başına əlavə dəstək verir. Bu kiçik ada yox olma təhlükəsi ilə üzləşdiyi üçün mütləq yeni sakinləri cəlb etməlidir.

Dikkət çəkən başqa bir model isə İrlandiyanın tərk edilmiş adalarında tətbiq olunur. Köhnə daş evləri bərpa etmək istəyənlərə 30 min avroya qədər təmir qrantı verilir. Xüsusilə rəqəmsal köçərilərin (digital nomads) bu ərazilərə yerləşməsi dəstəklənir.

Oxşar əhali yeniləmə siyasəti Finlandiyanın Lestijärvi qəsəbəsində də görülür. Bu kiçik qəsəbə, uşağı olan ailələrə 10 min avro ödəniş edərək gənc əhalini geri cəlb etməyə çalışır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək