Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiyada 2 gün axtarılan uşaq evdə divanın altında...
Rusiyada 2 gün axtarılan uşaq evdə divanın altında tapıldı
Dünya

Rusiyada 2 gün axtarılan uşaq evdə divanın altında tapıldı

Xpress.az Redaksiyası 28.11.2025 19:34

Rusiyada itkin düşən 9 yaşlı məktəbli evdə divanın altında tapılıb.

Hadisə Saxalin vilayətində baş verib.

Belə ki, valideynləri uşağın noyabrın 24-də yoxa çıxdığını bildiriblər. Onların sözlərinə görə, uşaq Penza kəndindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Könüllülər, Fövqəladə Hallar Nazirliyi və polis iki gün uşağı axtarıb. Sonradan məlum olub ki, Sergey evdə gizlənib. Uşaq dərslərini buraxdığı üçün gizlənmək qərarına gəlib. Məlum olub ki, o, evdə heç kim olmayanda gizləndiyi yerdən çıxıb, hətta cizgi filmlərinə də baxıb. Uşağı 2 gün sonra yuxuya gedəndə tapıblar. Belə ki, o, yuxuda çevrilən zaman ayaqları divanın altından görünüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək