Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bosfor boğazı yaxınlığında gəmidə partlayış oldu
Bosfor boğazı yaxınlığında gəmidə partlayış oldu
Dünya

Bosfor boğazı yaxınlığında gəmidə partlayış oldu

Xpress.az Redaksiyası 28.11.2025 21:03

Qara dənizdə, Türkiyənin Bosfor boğazının şimalında yerləşən bir tankerin mühərrik otağında partlayış və yanğın baş verib.

Məlumatı “Tribeca” gəmiçilik agentliyi yayıb.

Agentliyin məlumatına görə, Qambiya bayrağı altında üzən və yükü olmayan “Kairos” tankeri insident baş verən zaman Bosfordan təxminən 83 kilometr şimalda olub.

“Tribeca” bildirib ki, ilkin məlumatlar gəminin mina ilə toqquşa biləcəyini və batmaq təhlükəsi ilə üzləşdiyini göstərir. Hadisə yerinə xilasedici yedək gəmiləri və sahil mühafizəsi qüvvələri göndərilib.

Agentlik əlavə edib ki, boğazda gəmilərin hərəkətinə məhdudiyyət qoyulmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək