Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu çərəzlər marketlərdən yığışdırılır
Bu çərəzlər marketlərdən yığışdırılır
Dünya

Bu çərəzlər marketlərdən yığışdırılır

Xpress.az Redaksiyası 28.11.2025 21:44

Almaniyada satılan türk markalı günəbaxan çərəzi məhsullarında qanuni həddən artıq kif toksini aşkarlanması səbəbindən iki partiya təcili şəkildə raflardan yığışdırılır. Mütəxəssislər istehlakçıları bu məhsulları qətiyyən istifadə etməmələri barədə xəbərdar ediblər.

Xpress.az xəbər verir ki, Almaniyada bir çox market zəncirində satılan türk markası Dolunay-a aid günəbaxan çərəzi məhsulları üçün genişmiqyaslı geri çağırma prosesi başlanılıb. Aparılan yoxlamalarda iki fərqli partiyada qanuni limitləri aşan kif toksini — okratoksin A (OTA) aşkar edildiyi açıqlanıb.

İstehsalçı və distribyutor şirkət Göral Vertriebs GmbH tərəfindən verilən açıqlamada, sözügedən məhsulların qətiyyən istehlak edilməməsi vurğulanıb. Federal İstehlakçı Qoruma və Qida Təhlükəsizliyi İdarəsi (BVL), geri çağırılan məhsulların Bremen, Hessen, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya bölgələrindəki müxtəlif marketlərdə satıldığını təsdiqləyib.
    •    Dolunay Ay Çekirdeği (qabıqlı – qovrulmuş – duzsuz) – 250 q
Son istifadə tarixi: 24.08.2026
Partiya nömrəsi: L 03700604
    •    Dolunay Ay Çekirdeği (qabıqlı – qovrulmuş – duzlu) – 500 q
Son istifadə tarixi: 01.02.2027
Partiya nömrəsi: L 14602009

Okratoksin A bəzi kif növlərinin yanlış yığım, qeyri-kafi saxlanma və ya işləmə şəraitində istehsal etdiyi mikotoksindir. Xüsusilə böyrəklərdə qalıcı zədə yarada bildiyi üçün Avropa Birliyi tərəfindən ciddi şəkildə məhdudlaşdırılıb. Limitlərin aşılması halında məhsulların bazardan çıxarılması məcburi sayılır. BVL, təhlükə aşkar edilən partiyaların “sürətlə raflardan yığışdırıldığını” açıqlayıb.

İstehlakçılara evlərindəki məhsulların son istifadə tarixi və partiya nömrəsini yoxlamaları tövsiyə olunur. Əgər məlumatlar uyğun gəlirsə:
    •    Məhsulu istehlak etməyin,
    •    Aldığınız marketə qəbz olmadan geri qaytarın,
    •    Məhsulun dəyəri tam şəkildə geri ödəniləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək