Sular çəkildi göldən çıxan hamını təəccübləndirdi
Sakarya’dakı Sapanca Gölünün su səviyyəsinin azalması ilə gölün ortasında yenidən gün üzünə çıxan mozaikli quruluşun Geç Antik Dövrə aid bir şapel və ya kiçik bir kilsə ola biləcəyi düşünülür. Mütəxəssislərə görə mozaiklərin bəzək detallar və tikinti texnikası, quruluşun ən azı 1600 yaşında olduğunu göstərir.
Göl sahilində ortaya çıxan qalıqlarla bağlı şərh verən Sakarya Universiteti İncəsənət Tarixi Bölümü Araşdırma Üzvü Dr. Görkem Işık, daş təməl hissələrdən sonra mozaikli sahənin meydana çıxdığını bildirdi. Işık deyib:
“Mozaiklərdə istifadə olunan texnika və bəzək xüsusiyyətləri, quruluşun Geç Antik Dövrə, yəni 4-cü ilə 6-cı əsrlər arasına aid ola biləcəyini göstərir.”
Qalıqların kiçik miqyaslı bir ibadət yeri ola biləcəyini qeyd edən Işık, göl sahilinə yaxın mövqeyi ilə İznik Gölündə ortaya çıxan bazilikaya bənzədiyini ifadə edib:
“Mozaikli hissənin əsas ibadət bölməsi olduğu, ətrafdakı otaqların isə yan məkanlar kimi istifadə edildiyi görünür.”
Gölün indiki su səviyyəsinin keçmişdəki ilə eyni olmadığını xatırladan Işık, “Bu quruluş tikildiyi dövrdə göl sahilindən daha uzaqda idi. Zamanla su yüksəldi və quruluş təbii proses nəticəsində gölün içində qaldı” deyib.
Yerli əhalinin keçmişdə də oxşar su səviyyəsi azalması hallarını xatırlatdığını qeyd edən Işık, bu dəyişimin dövri olduğunu vurğulayıb. Quruluşun yaxın ətrafda yerləşən Bizans dövrünə aid yaşayış yerləri ilə əlaqəli ola biləcəyini, xüsusilə Kurtköy-dəki Bizans qalası ilə bağlantı qurula biləcəyini bildirib.
Şəhər ümumilikdə tarixi tikililərin məhdud olduğunu qeyd edən Işık, bu səbəbdən sözügedən qalıqların mühafizəsinin vacib olduğunu deyib.
Adacıqda başlayan xilasetmə qazıntılarının dayandırılması ilə bağlı açıqlama verən Işık, “Payızda torpaq çox nəmli olur. Yağışlı havalarda qazıntı aparmaq mümkünsüz olur. Bu səbəbdən texniki fasilə verildi. Bahar və yay aylarında su səviyyəsi uyğun olarsa, qazıntılar davam edəcək” deyib.