İlon Mask: “Dünyada ağdərili əhali yox olmaq riski ilə üz-üzədir”
Amerikalı iş adamı və milyarder İlon Mask X sosial media platformasında qlobal ağdərili əhalinin azalması ilə bağlı narahatlığını ifadə edib. Milyarder bu fikrini bir istifadəçinin paylaşılan demoqrafik göstəricilərinə cavab olaraq bildirib.
Həmin paylaşımda qeyd olunub ki, təxminən 100 il əvvəl ağdərili insanlar dünya əhalisinin 35%-ni, 50 il əvvəl 20%-ni, 25 il əvvəl isə 15%-ni təşkil edirdisə, hazırda bu göstərici cəmi 8%-dir.
Mask istifadəçinin məlumatlarını şərh edərək yazıb: “Mövcud tendensiyalar davam edərsə, ağdərililər dünya əhalisinin kiçik bir azlığı olmaqdan çıxaraq faktiki olaraq yox ola bilər.”
Bundan əvvəl Mask Vaşinqtonda əfqan mənşəli miqrantın Milli Qvardiya əsgərlərinə hücumu ilə bağlı ABŞ-da daha sərt təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyindən danışmış və hücumda həlak olanların yaxınlarına başsağlığı vermişdi.
Xpress.az