Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanı...
Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə
Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə çıxış edib

Xpress.az Redaksiyası 12.11.2026 14:21

Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş Sədrliyini yüksək qiymətləndirib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazirin müavini bildirib ki, Azərbaycan da COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb. Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə birlikdə isə “Belem 1,5C Missiyası” həyata keçirilib. Bundan əlavə, Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu və 140-dan çox ölkədən nümayəndələrin qatıldığı BMT-nin İqlim Həftəsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirib.

Çıxış zamanı Azərbaycanın ölkə daxilində atdığı konkret addımlara da diqqət çəkilib. Qeyd olunub ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyən edilib. Bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir. Hazırda ölkəmiz Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyən edilmiş vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.

Enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqaməti olduğunu deyən Teymur Musayev ölkədə bərpa olunan enerji üzrə quraşdırılmış istehsal gücünün 2,17 giqavata – ümumi elektrik enerjisi gücünün 21,5 faizinə çatdığını bildirib. İmzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə olaraq 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması nəzərdə tutulur ki, bu da qlobal bərpa olunan enerji hədəflərinin üstələnməsi istiqamətində mühüm irəliləyişdir. Paralel olaraq metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat və tullantıların dayanıqlı idarə olunması üzrə tədbirlər davam etdirilir.

Son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladan Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyinə toxunub. Vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərə çağırışların edilməsi çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə bilər. Buna görə də əsas prioritet Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrası olmalıdır.

Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31 Sədrliyinin öhdəliklərdən real nəticələrə keçid üçün mühüm imkan yaratdığını qeyd edib, Azərbaycanın Bakı və Belem proseslərinin irsinə əsaslanaraq qardaş Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Zəfərlər və Şahəsərlər silsiləsi: Səmanı vətənə qaytaran pilot -

11.11.2026 15:27 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək