Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Alimlər xəbərdarlıq edir:
Alimlər xəbərdarlıq edir:
Dünya

Alimlər xəbərdarlıq edir: Kainat “çökə” bilər

Xpress.az Redaksiyası 04.12.2025 12:47

Cənubi Koreyalı alimlərin fikrincə, yaxın gələcəkdə Kainatın “çökə” biləcəyi ehtimalı var.

Əvvəllər Kainat barədə anlayışlarımız zaman-zaman köklü dəyişikliklərə məruz qalmışdı. Uzun illər hesab olunurdu ki, təxminən 14 milyard il əvvəl yaranan Böyük Partlayışdan sonra Kainat genişlənməyə başlayıb və hərəkəti tədricən zəifləyib — bu, cazibə qüvvələrinin təsiri ilə izah olunurdu.

Lakin 1998-ci ildə aparılan müşahidələr bu nəzəriyyəni alt-üst etdi. Uzaq supernovaların parlaqlığını araşdıran astronomlar gözlənilməz bir nəticəyə gəldilər: bu obyektlər nəzəriyyənin proqnozlaşdırdığı qədər yaxın deyildi, əksinə, çox daha uzaqda yerləşirdi.

 Kainat təxminən doqquz milyard il əvvəl sürətlə genişlənməyə başladı. Bu genişlənməni sürətləndirən güc “qara enerji” adlanan sirli bir qüvvədir. Bu kəşf 2011-ci ildə alimlərə Fizika üzrə Nobel mükafatı qazandırdı.

Lakin son araşdırmalar göstərir ki, “qara enerji” Kainatın genişlənməsini sürətləndirmir, əksinə, yavaşladır. Bu isə o deməkdir ki, gələcəkdə Kainat çökə bilər. Cənubi Koreyalı astrofiziklər bu sensasion nəticəni Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc ediblər.

Alimlər bu nəticəyə 300 qalaktikanı və xüsusilə supernova partlayışlarını müşahidə edərək gəliblər. Onların fikrincə, Kainatın sürətlə genişlənməsi fundamental kosmik xüsusiyyət olmaya, sadəcə ölçmələrdə əvvəllər nəzərə alınmamış sistematik səhvin nəticəsi ola bilər.

Təbii ki, bu xəbər dərhal geniş müzakirələrə səbəb olub. 2011-ci il Nobel mükafatı laureatı professor Adam Riss koreyalıların nəticələrini qəti şəkildə qəbul etmir. O, onların 2020-ci ildəki işinə istinad edərək bildirir ki, həmin nəticələr artıq təkzib olunub: “Yeni işdə bu qrup arqumentlərini minimal dəyişikliklərlə təkrar edir.”

Bu fundamental məsələyə aydınlıq gətirəcəyinə ümid edilən yeni obyservatoriya Çilidə Vera Rubin adına açılacaq. Alimlər ümid edirlər ki, yeni obyservatoriya minlərlə supernova kəşf edəcək, bu da müşahidələrin dəqiqliyini xeyli artıracaq və Kainatın sirrini açmağa imkan verəcək.

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

12.11.2026 20:17 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

12.11.2026 18:15 Siyasət

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək