Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İraqın şimalında nələr baş verir?
İraqın şimalında nələr baş verir?
Dünya

İraqın şimalında nələr baş verir? ABDULLAH AĞAR GİZLİ PLANI AÇIQLADI

Xpress.az Redaksiyası 08.12.2025 15:05

"İraqın şimalında ard-arda yaşanan hadisələr bölgənin təsadüfi gərginliklərlə deyil, planlı və çoxqatlı güc savaşları ilə sarsıldığını göstərir. Abdullah Ağarın təhlili bu mühitin nə qədər mürəkkəb olduğunu, həm Türkiyənin, həm də bölgə aktorlarının qarşıdakı aylarda ciddi sınaqlarla üzləşəcəyini açıq şəkildə ortaya qoyur".

Bu sözləri Xpress.az -a açıqlamasında Türkiyənin tanınmış analitiki Abdullah Ağar bildirib. 

İraqın şimalında son günlərdə ard-arda yaşanan hadisələr təkcə regional gücləri deyil, bütün beynəlxalq oyunçuları hərəkətə gətirdi. Türk hərbi-siyasi analitiki Abdullah Ağar bu gərginliklərin arxa planını və nəticələrini peşəkar şəkildə şərh edib. Onun açıqlamaları bölgədəki çoxqatlı müharibənin sərt portretini ortaya qoyur.

26–29 noyabr tarixləri arasında Khor Mor qaz sahəsinə edilən dron və raket hücumları İraq Kürd Regionunun enerji sistemini çökdürdü. İstehsal dayandı, elektrik şəbəkəsi iflic oldu, böyük yanğınlar baş verdi.

Ağarın sözlərinə görə, bu hücumların məsuliyyətini hansı qrupun daşıdığı hələ də qeyri-müəyyəndir. İŞİD-dən PKK-ya, Haşdi Şabi-dən “saxta bayraq” ehtimalına qədər bir çox ssenari gündəmdədir.

Analitikə görə, burada əsas məsələ hücumun kim tərəfindən edildiyi deyil, kimə hansı mesajın verildiyidir:

“Khor Mor yalnız bir qaz yatağı deyil. Bu, KDP–BAƏ–ABŞ enerji xəttinin mərkəzidir. Buraya atılan hər raket həm KDP-yə, həm Türkiyə ilə planlaşdırılan inteqrasiya layihələrinə, həm də regionun gələcək enerji müstəqilliyinə vurulan zərbədir.” — Abdullah Ağar

Ağar qeyd edir ki, hücumun yaratdığı nəticələrdən ən çox faydalanan aktorlar İran və PKK-dır; çünki hər ikisi KDP-nin güclənməsini strateji təhlükə kimi görür.

Khor Mor böhranı ilə paralel günlərdə Erbil–Bradost bölgəsində Herki Aşirəti ilə KDP qüvvələri arasında toqquşmalar yaşandı. On minlərlə üzvü olan Herkilər bölgənin ən köklü və güclü tayfalarındandır.

Ağarın izahına görə, bu qarşıdurma təbii sosial gərginliyin nəticəsi deyil; daha geniş geosiyasi oyunun tərkib hissəsidir:

“Herki–KDP qarşıdurması əslində ABŞ–İran–Türkiyə rekabetinin mikro səviyyədəki təzahürüdür. Aşirətlərin KDP-yə qarşı hərəkəti yalnız daxili mübahisə kimi oxunmamalıdır.”

Analitik bildirir ki, İran bu aşirətlər üzərindən təsirini genişləndirir, PKK isə Herki və Bradost xəttini Türkiyə sərhədi boyunca yeni manevr sahəsinə çevirmək istəyir.

Barzaninin Cizrə Səfəri: Siyasi Şoumu, Güc Göstərisimi?

Gərginliklərin davam etdiyi günlərdə IKBY-nin tarixi lideri Mesud Barzani Cizrəyə silahlı və qırmızı bereli Peşmergelərlə daxil oldu. Sosial mediada böyük səs-küy yaradan bu səhnənin məqsədi çox müzakirə olundu.

Ağar bu addımı belə izah edir:

“Barzaninin Cizrə səfəri sıradan protokol gəzintisi deyil. Bu, həm Türkiyəyə, həm daxili kürd siyasətinə, həm də ABŞ və İngiltərəyə verilmiş çoxqatlı mesajdır. ‘Mən hələ burdayam və qarşı tərəflə masaya oturacaq gücdəyəm’ deməkdir.”

Ona görə, Cizrə görüntüləri bölgədə siyasi simvolizmin yeni mərhələyə keçdiyini göstərir.

29–30 noyabr tarixlərində PKK-nın üç strateji düyünü — Bese Hozat, Serda Mazlum Gabar və Amed Malazgirt — eyni məzmunlu açıqlamalarla çıxış etdi. Ardınca Suriya qolu olan PYD/YPG-nin tanınmış siması İlham Əhməd də bu xəttə qoşuldu.

Ağar bu koordinasiyalı çıxışı belə qiymətləndirir:

“PKK uzun müddətdir tək mərkəzli təşkilat deyil. Fərqli güclərin təsiri altında çoxqatlı bir şəbəkəyə çevrilib. Eyni anda verilən bu açıqlamalar həyəcan siqnalıdır və Türkiyə daxilində psixoloji basqı yaratmaq məqsədi daşıyır.”

Analitikə görə, PKK-nın əsas məqsədi:

Türkiyəni siyasi masaya çəkmək,

daxili siyasəti manipulyasiya etmək,

KDP-ni zəiflətmək,

Suriya şimalında dövlətləşmə xəttini qorumaqdır.

Abdullah Ağar: “İraqın Şimalı Artıq Tək Münaqişə Sahəsi Deyil, Küresel Düyünə Çevrilib”

Ağar bölgədə yaşananları dörd paralel savaşın kəsişməsi kimi dəyərləndirir:

İran–ABŞ/İsrail geoteopolitik savaşı,

İran–ABŞ vəkalət müharibəsi,

PKK–KDP hakimiyyət çarpışması,

Aşirət–enerji–sərhəd nəzarəti savaşı.

Onun fikrincə, bütün bu böyük oyunun tam mərkəzində Türkiyə dayanır:

“Bu torpaq böyük aktorların əlində sanki sibernetik bir zəlzələ şəklində dalğalanır. PKK yalnız qapıdır. Qapının arxasında isə fərqli dövlətlər, fərqli servis strukturları və fərqli maraq sahələri var".

Ağar son olaraq belə xəbərdarlıq edir:

“Çox mərkəzli PKK qarşısında Türkiyənin də tək mərkəzli, yekdil və strateji iradə ortaya qoyması həyati əhəmiyyət daşıyır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək