Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Luvrda 400 eksponat zədələndi-
Luvrda 400 eksponat zədələndi-
Dünya

Luvrda 400 eksponat zədələndi- QALMAQAL

Xpress.az Redaksiyası 09.12.2025 14:57

Dünyanın aparıcı muzeylərindən hesab olunan Luvr yenidən qalmaqalın mərkəzinə düşüb. Əsrin ən böyük muzey soyğunundan sonra bu dəfə muzeyin məşhur Misir kitabxanasını sel basıb. Nəticədə yüzlərlə çap nəşri zədələnib.

Muzeyin baş idarəçisinin müavini Frensis Steynbok hadisənin miqyasını kiçiltməyə çalışaraq, “qiymətli heç bir eksponatın zərər görmədiyini” bildirir. Onun sözlərinə görə, islanan kitabların ən qədimi 19-cu əsrə aiddir.

Bununla belə, o, zədələnən materialların mühüm elmi əhəmiyyətə malik olduğunu etiraf edir: “Bunlar dövri nəşrlər, istinad kitabları və arxeoloji jurnallardır”.

Luvr son aylarda ikinci dəfə rüsvayçılıqla üzləşir. Oktyabrın 19-da dörd naməlum şəxs muzeyin Apollon qalereyasına asanlıqla daxil olaraq 102 milyon avro dəyərində zinət əşyaları oğurlayıb. Bu rəqəmə oğurlanan əşyaların tarixi dəyəri daxil deyil.

Təxminən 100 müstəntiq xəzinənin axtarışı ilə məşğuldur, lakin irəliləyiş azdır. Paris prokuroru Laura Bekko noyabrın 28-də bildirib ki, oğurluqda şübhəli bilinən 39 yaşlı bir nəfər saxlanılıb. Bundan sonra istintaqda real inkişaf qeydə alınmayıb.

Sel noyabrın 26-da baş verib, lakin muzey rəhbərliyi hadisəni mətbuatdan gizlətməyə çalışıb. Məlumatı isə ilk olaraq sənət tarixçisi və Luvr əməkdaşı Didye Rikner açıqlayıb. Onun sözlərinə görə, bu, təsadüfi qəza yox, muzeyin köhnəlmiş infrastrukturunun nəticəsidir.

BFMTV-nin məlumatına görə, təxminən 400 kitab və jurnal zədələnib. Səbəb isə istilik sistemindəki paslanmış borudur.

The New York Times yazır: “Köhnəlmiş təhlükəsizlik sistemləri Luvrun yeganə problemi deyil. Muzeyin bütün infrastrukturu təcili olaraq əsaslı təmirə ehtiyac duyur”.

“Luvr aşağı gedir...”

Steynbok bildirib ki, hər səhifədən nəmin çıxarılması üçün xüsusi kağız vasitəsilə diqqətli iş aparılır və vəziyyət nəzarət altındadır. Lakin Luvr həmkarlar ittifaqının nümayəndəsi Qari Giqo bunun eksponatlar, əməkdaşlar və bina üçün ciddi təhlükə yaratdığını bildirir.

Həmkarlar ittifaqı bazar ertəsi fövqəladə toplantı keçirəcək. Fransa Demokratik Əmək Konfederasiyası isə qeyd edir ki, bu hadisə muzeydə uzun illərdir yığılan problemlərin daha bir göstəricisidir.

La Tribune de l'Art yazır: “Bu fəlakət Luvrun reallaşması mümkün olmayan ambisiyaların arxasınca gedərək əsas missiyalarını necə arxa plana atdığını göstərir”.

...və Ermitaj üçün dərs

Hadisələr fonunda Rusiyanın Ermitaj muzeyi isə bu qalmaqaldan faydalana bilib. Muzey uzun müddət Qış Kanalı yaxınlığındakı tikinti sahəsinin təhlükə yaratdığını bildirirdi. Luvrdakı quldurluqdan sonra məsələ nəhayət həll edilib və tikinti meydançası sökülüb.

Ermitajın baş direktoru Mixail Piotrovski:
“Luvra təşəkkür edirik. Qubernatora və prokurorluğa Luvrdakı quldurluğun necə baş verdiyini, bizim muzeyin yaxınlığındakı nəzarətsiz tikinti sahəsinin də eyni risk yaratdığını göstərən fotoşəkillər təqdim etdik. Nəticədə ərazi tezliklə boşaldıldı”.

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək