Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yeni müharibə başladı, dayandıracağam -
Yeni müharibə başladı, dayandıracağam -
Dünya

Yeni müharibə başladı, dayandıracağam - Tramp

Xpress.az Redaksiyası 10.12.2025 12:28


ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən ictimai tədbirdə çıxışı zamanı Tailand və Kamboca arasında yenidən alovlanan gərginliyi dayandıracağını bəyan edib.

Bu barədə Tramp Ağ Evin Yutub kanalında yayımlanan çıxışında bildirib.

“10 ay ərzində Kosova-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Misir-Efiopiya, Ermənistan-Azərbaycan da daxil olmaqla, səkkiz münaqişəni dayandırdım. Tailand və Kamboca arasında başlayan hazırkı gərginliklə bağlı sabah telefon danışığı aparacağam” , - o bildirib.

Qeyd edək ki, Prezident Donald Trampın iştirakı ilə Kamboca və Tailand baş nazirləri 26 oktyabrda sülh imzalamışdılar. Amma bir neçə gün öncə tərəflər arasında yenidən toqquşma başlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək