Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Ali Məhkəmədən müflis banklarla bağlı
Ali Məhkəmədən müflis banklarla bağlı
İqtisadiyyat

Ali Məhkəmədən müflis banklarla bağlı MÜHÜM QƏRAR

Xpress.az Redaksiyası 13.01.2026 10:12

Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bizim.Media Ali Məhkəməyə istinadən xəbər verir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır.

İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.
 
Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.

Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmayıb. Bu səbəbdən iddiaçının tələbləri “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.

Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək