Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “AccessBank”ın borcu 335 milyon manata çatıb
“AccessBank”ın borcu 335 milyon manata çatıb
İqtisadiyyat

“AccessBank”ın borcu 335 milyon manata çatıb

Xpress.az Redaksiyası 15.01.2026 11:59

“AccessBank” 2025-ci ilin IV rübünün nəticələrini açıqlayıb.
Bank yanvar-dekabr aylarını 49 milyon 52 min manat xalis mənfəətlə başa vurub.  

Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 5 milyon 010 min manat və ya 9,3% azdır. 

Hesabat dövründə bankın faiz gəlirləri 31 milyon 742 min manat və ya 14,1% artaraq 256 milyon 176 min manat olub.

Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (31 milyon 188 min manat) müşahidə edilib. IV rübdə “AccessBank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 19,0% artaraq 84 milyon 192 min manatdan (IV rüb 2024) 100 milyon 208 min manata yüksəlib. Bu artım əsasən depozitlər üzrə faizlər (76 milyon 129 min manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (23 milyon 8 min manat) ilə bağlıdır. 

Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri hesabına 432 min manat artaraq bu ilin IV rübündə 18 milyon 546 min manata enib. Qeyri-faiz xərcləri isə 10 milyon 376 min manat artaraq 98 milyon 178 min manata yüksəlib. 

Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 60 milyon 083 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,7% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 63 milyon 060 min manat təşkil edib.

Hesabat dövründə “AccessBank”ın cəmi aktivləri 19,2% və ya 285 min 75 manat artaraq 1 milyon 770 min 369 manata, cəmi öhdəlikləri isə 17,9% artaraq 1 milyon 537 min 658 manata bərabər olub. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər - 2024-cü ildəki 197 milyon 501 min manatdan 335 milyon 438 min manata yüksəlməsi ilə olub. Bu 137 milyon 937 min manat və ya 69,9% artımdır.

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək