Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media 7 telekanala xəbərdarlıq edilib
7 telekanala xəbərdarlıq edilib
Media

7 telekanala xəbərdarlıq edilib

Xpress.az Redaksiyası 21.01.2026 11:46

2025-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”, "ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilib.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”in yayımı 24 saatlıq, "Space TV"nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilib.

Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TV Azərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunub.

Keçən il ərzində “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələblərini yerinə yetirmədiyinə görə 11 operatorla bağlı inzibati cərimə protokolu tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. Keçirilmiş məhkəmə baxışları nəticəsində bütün yazılmış protokollar məhkəmələr tərəfindən təmin olunub və operatorların hər biri 5000 manat cərimə olunub.

Keçən il Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirib. Bu sahədə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilib, lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən 100-dən çox İP ünvana müraciətin məhdudlaşdırılması, habelə xarici kanalların qanunsuz retranslyasiya xidmətini təqdim edən 30-dan çox fiziki və ya hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilib. (APA)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək