Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Allaha dua edirdim ki, Bəhlul qol vursun” -
Allaha dua edirdim ki, Bəhlul qol vursun” -
İdman

Allaha dua edirdim ki, Bəhlul qol vursun” - Atası

Xpress.az Redaksiyası 22.01.2026 15:05

“Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun “Qarabağ” – “Ayntraxt” matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən bildirib.

“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm.

Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək