Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İşçidə stresi yaradan nədir?
İşçidə stresi yaradan nədir?
Cəmiyyət

İşçidə stresi yaradan nədir?

Xpress.az Redaksiyası 23.01.2026 09:55

Məlumdur ki, gündəlik həyatda insanların ən çox stres yaşadığı mühitlərdən biri də iş yerləridir. İşə vaxtında çatmaq, tapşırıqları yerinə yetirmək, nəticə göstərmək, daimi məsuliyyət və gözləntilər işçilər üçün ciddi psixoloji yük yaradır. Xüsusilə sürətli iş tempi və yüksək tələblər fonunda stres təkcə əməkdaşları deyil, eyni zamanda rəhbər və idarəçiləri də təsir altına alır.

Bu vəziyyət fonunda əsas sual ondan ibarətdir ki, iş mühitində stresi necə idarə etmək olar və rəhbərlik bu prosesdə hansı yanaşmanı tətbiq etməlidir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Valyuta.az-a bildirib ki, iş mühitində stresin artması çox zaman işin özündən yox, işin necə təşkil olunmasından qaynaqlanır: "İnsan səhər ofisə daxil olan kimi yenidən tələsik mühitlə, qeyri-müəyyən gözləntilərlə və aydın sərhədləri olmayan tapşırıqlarla qarşılaşır. Tapşırıqlar yığılır, prioritetlər tez-tez dəyişir, nəticə tələb olunur, lakin resurslar eyni qalır. Bu isə təkcə fiziki yorğunluq yaratmır, eyni zamanda insanın özünü nəzarətsiz, yetərsiz və dəyərsiz hiss etməsinə səbəb olur".

Psixoloq vurğulayıb ki, psixoloji yük məhz bu qarışıqlığın içində, yəni aydınlıq olmayan mühitdə formalaşır və insanı tədricən “özünü qoruma rejimi”nə keçirir: "Bu mərhələdə əməkdaş artıq təşəbbüs göstərməkdən çəkinir, risk almır və daxili olaraq geri çəkilir".

R.Nəcəfovun fikrincə, stresi idarə etməyin əsas şərti gözləntiləri reallıq çərçivəsinə salmaq və qeyri-müəyyənliyi azaltmaqdır: " İş mühitində qeyri-müəyyənlik nə qədər çox olarsa, beyin bir o qədər təhlükə siqnalları göndərir və gərginlik yüksəlir. Bu səbəbdən rəhbərlik “hamısını eyni anda et” yanaşması əvəzinə, prioritetləri aydın müəyyənləşdirilmiş iş planı təqdim etməlidir. Əgər hər şey eyni anda vacibdirsə, əslində heç nə idarə olunmur və bu idarəolunmazlıq stresin əsas mənbəyinə çevrilir".

Bəzi insanlar niyə iş yerini tez-tez dəyişir? - Psixoloq səbəbləri açıqladı

Ekspert deyir ki, işçidən yüksək nəticə gözləyib ona lazımi vasitələri təqdim etməmək əməkdaşın daxilində “nə etsəm də yetməyəcək” hissini formalaşdırır: "Bu hiss uzandıqca motivasiya azalır, təşəbbüs sönür, səhvlər artır və insan susmağa başlayır. İşçi problemi dilə gətirdikdə cəzalanacağını və ya zəif görünəcəyini düşünürsə, yükü öz daxilində saxlayır və bu yük zamanla daha da ağırlaşır".

Bu baxımdan psixoloq rəhbərlərə müntəzəm və təhlükəsiz ünsiyyət mühiti yaratmağı tövsiyə edir. Onun sözlərinə görə, problemlər vaxtında danışıldıqda idarə olunur, gecikdirildikdə isə böhrana çevrilir. Komanda üzvləri bir-birinə qarşı müdafiə mövqeyi tutmağa başlayanda iş mühiti sağlamlığını itirir.

R.Nəcəfov eyni zamanda vurğulayıb ki, rəhbərlər işçilərin həvəsindən və fədakarlığından sui-istifadə etməməlidirlər: "Daim eyni insanların üzərinə əlavə yük yıxmaq, normal işi “fədakarlıq” adı ilə sonsuzlaşdırmaq, iş vaxtını uzatmağı sədaqət meyarı kimi təqdim etmək düzgün idarəçilik yanaşması deyil. Bu üsul qısa müddətdə nəticə versə də, uzunmüddətli perspektivdə insanı tükəndirir, motivasiyanı zəiflədir, komanda daxilində ədalət hissini pozur və ümumi iş mədəniyyətinə zərər vurur. Bununla yanaşı, işçilər də rəhbərliyin humanist münasibətini fürsətə çevirməməlidirlər. Etimad göstərildikdə bu, avtomatik olaraq məsuliyyət doğurur. Humanist yanaşma zəiflik deyil, mədəni idarəetmə formasıdır və ondan sui-istifadə kollektivdə balansı pozur, yükün ədalətsiz paylaşılmasına səbəb olur".

Psixoloqun fikrincə, sağlam iş mühiti yalnız o zaman formalaşır ki, rəhbərlik işi aydın qaydalar və ədalətli gözləntilərlə sistemləşdirir, işçi isə həmin sistem daxilində öz məsuliyyətini vicdanla, intizamla və ardıcıllıqla daşıyır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək