Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İdxal artır, ixrac azalır... –
İdxal artır, ixrac azalır... –
Cəmiyyət

İdxal artır, ixrac azalır... – Qiymətlər necə DƏYİŞƏCƏK?

Xpress.az Redaksiyası 23.01.2026 12:52

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd olunub.

O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119  min ABŞ dolları olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 miilyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.

Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.

İdxal sektoruna daxil olan mallar üzrə gəlirlərin 2024-cü ildəki 23 milyard 197 milyon 549 min dollardan 21 milyard 414 milyon 602 min dollaradək geriləməsilə əlaqədardır. 

Cəmi idxalın dəyərinin artması isə əsasən nəqliyyat vasitələri və onların hissələrinin, yeyinti məhsullarının idxalının artması ilə bağlıdır.

Bəs müsbət saldonun azalmasının hansı təsirləri ola bilər?

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, ticarət dövriyyəsində müsbət saldonun azalmasının əsas səbəbi neftin həcmidir:

“Məlumdur ki, ixracatımızın 90 faizini neft-qaz məhsulları təşkil edir. Ötən il ixrac olunan neftin həcmi təqribən 5 faiz azalıb. Eyni zamanda ixrac olunan neftin dəyəri azalıb. Nəzərə alaq ki, 2024-cü ildə neftin bir barrelinin qiyməti 80 dollar civarında idisə, ötən il bu qiymət xeyli aşağı olub. Yəni ötən il ixrac edilən neftin həm həcmi, həm də dəyəri azalıb. Nəticədə xarici ticarət dövriyyəmizdə müsbət saldonun səviyyəsi aşağı düşür.

Qeyd edim ki, müsbət saldonun bu qədər azalması yaxın keçmişdə qeydə alınmayıb. Bu göstəricinin getdikcə azalması və mənfi saldoya keçməsi ehtimalı da var. Çünki bu ildə neftin hasilatında azalmalar müşahidə olunacaq. Qiymət isə daha aşağı düşəcək.

Ən azından 2025-ci ilə nisbətən bu il neftin qiymətinin daha aşağı olması ehtimalı daha yüksəkdir. Bu ilin sonunda ola bilsin ki, satdığımızla aldığımız başa-baş olsun, ya da mənfi saldo yaransın. Bu da makroiqtisadi göstəricilərə mənfi təsir göstərə bilər. Nəticədə xaricə güclü valyuta axını başlayar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək