Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda mənzil almaq əlçatmaz olur...
Bakıda mənzil almaq əlçatmaz olur...
Cəmiyyət

Bakıda mənzil almaq əlçatmaz olur... – Sədr

Xpress.az Redaksiyası 24.01.2026 11:38

Azərbaycanda, xüsusilə paytaxt Bakıda mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, əhalinin böyük hissəsi üçün getdikcə əlçatmaz olan sosial-iqtisadi hədəfdir.

Bunu Report-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov bildirib.

Onun sözlərinə görə, son illər müşahidə olunan davamlı bahalaşma fonunda vətəndaşların real gəlirləri ilə daşınmaz əmlak qiymətləri arasındakı fərq daha da dərinləşib və bu, mənzil əlçatanlığını minimum səviyyəyə endirib:

"Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən sonra formalaşan bahalaşma dalğası hələ də tam səngiməyib və "divarlar və maaşlar" arasındakı disbalans alıcıları kütləvi şəkildə icarə bazarına yönəldir".

N.Həsənov əlavə edib ki, 2020–2025-ci illər Azərbaycan əmlak bazarı tarixində kəskin qiymət artımı dövrü kimi yadda qalacaq:

"Bu beş il ərzində mənzil qiymətləri ümumilikdə 45–47% artıb. Təkcə 2025-ci ildə qeydə alınan 14–16%-lik bahalaşma isə əvvəlki illərlə müqayisədə bazarın "soyuması" və daha sabit fazaya keçidi kimi qiymətləndirilməlidir. Bazar artıq emosional təlatümlərlə deyil, fundamental iqtisadi amillərlə idarə olunur. Süni qiymət manipulyasiyalarının təsiri zəifləyib, proseslər daha rasional və proqnozlaşdırıla bilən xarakter alıb".

Sektorlar üzrə göstəricilərə gəldikdə, o qeyd edib ki, ilkin (yeni tikililər) bazarda qiymətlər 13–15%, təkrar bazarda isə 14–17% artıb:

"Təkrar bazardakı daha yüksək artım alıcıların yeni tikililərdəki yüksək qiymətlərdən qaçaraq daha münasib variantlara üstünlük verməsi ilə izah olunur".

Ekspert qeyd edib ki, hazırda bazarda "iki sürətli model" formalaşır:

"Artıq bütün ərazilərdə eyni templə bahalaşma müşahidə edilmir. Mərkəzi və prestijli zonalarda qiymətlər sabit şəkildə yüksəlsə də, şəhər kənarında tələbin azalması artım tempini zəiflədir. Abşeron və Sumqayıt isə orta seqment üçün alternativ kimi çıxış edir və bu ərazilərdə qiymət artımı 8–11% civarındadır. Bununla belə, regional disbalans getdikcə dərinləşir, periferiyada likvidlik azalır. Satış bazarında müşahidə olunan yavaşlama icarə sektorunda əks dinamika yaradıb. Hazırda kirayə bazarı satışdan daha aktivdir. İl ərzində icarə qiymətləri 13–15% artıb, Bakıda orta aylıq kirayə haqqı isə 850–900 manata çatıb. Bu məbləğ artıq bir çox ailə üçün büdcə baxımından "psixoloji hədd" sayılır".

N.Həsənovun sözlərinə görə, ipoteka faizlərinin yüksək olması, mərkəzə miqrasiya və investorların gəlirliliyi qorumaq istəyi kirayə qiymətlərinin artmasını şərtləndirən əsas amillərdir.

O, 2026-cı ildə bazarın bir sıra risklərlə üzləşə biləcəyini də diqqətə çatdırıb:

"Qiymət artımının real gəlirləri üstələməsi alqı-satqı əməliyyatlarının sayını azalda bilər. Eyni zamanda, tikinti sektorunda təklifin lokallaşmış tələbi üstələməsi satılmayan mənzillərin və "ölü zonaların" yaranması riskini artırır. Dövlət ipotekasından kənar ucuz və uzunmüddətli maliyyə alətlərinin olmaması isə bazarın genişlənməsini məhdudlaşdırır".

Ekspert hesab edir ki, bazarın sağlam inkişafı üçün təkcə qiymət sabitliyi kifayət deyil:

"Şəffaf statistikanın açıqlanması, erkən xəbərdarlıq mexanizmlərinin qurulması, sosial mənzil layihələrinin miqyasının genişləndirilməsi vacibdir. Sosial mənzil və əlçatan maliyyə alətləri olmadan bazarın rasional inkişafı yalnız dar təbəqənin maraqlarına xidmət edəcək".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək