Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Komitə Sədri:
Komitə Sədri:
İqtisadiyyat

Komitə Sədri: "Azərbaycan enerji dalğalarına qarşı hazırdı"

Xpress.az Redaksiyası 26.01.2026 18:41

Qlobal enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik bir çox ölkələr üçün ciddi iqtisadi risklər yaradır. Belə bir şəraitdə enerji ixracatçısı olan Azərbaycanın makroiqtisadi sabitliyi və iqtisadi təhlükəsizliyinin hansı əsas mexanizmlər hesabına təmin olunması sualı ictimaiyyətin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Xpress.az-a açıqlama verib.


Tahir Rzayev bildirib ki, qlobal enerji bazarında qeyri-sabitliyin dərinləşməsi bütün dövlətlər üçün zərərlidir. Onun sözlərinə görə, dünya ölkələri arasında mövcud olan sıx iqtisadi və ticarət əlaqələri bu cür proseslərdən birbaşa təsirlənir və mövcud iqtisadi nizam pozulur. Məhz buna görə də hər bir dövlət qabaqlayıcı tədbirlər görməli, riskləri minimuma endirməyə çalışmalıdır.
Komitə sədri vurğulayıb ki, Azərbaycan uzun müddətdir enerji ehtiyatlarının tükənən xarakter daşıdığını nəzərə alaraq alternativ inkişaf yolları müəyyənləşdirir. Bu istiqamətdə ardıcıl işlər aparılır, xüsusilə qeyri-neft sektorunun inkişafı prioritet elan olunub. Son illər aqrar sektorun inkişafına xüsusi diqqət yetirilməsi, eyni zamanda yeni sənaye sahələrinin yaradılması və bazarlara çıxış imkanlarının genişləndirilməsi ölkə iqtisadiyyatının dayanıqlığını gücləndirən əsas amillər sırasındadır.
Açıqlamada qeyd olunub ki, dünyada baş verən müharibələr və iqlim dəyişiklikləri hazırda bir çox ölkələri ciddi iqtisadi çətinliklərlə üz-üzə qoyur və bu proseslər gələcək üçün müsbət vədlər vermir. Çünki qlobal iqtisadi münasibətlər insanların maddi rifahının yaxşılaşdırılması, qida təhlükəsizliyinin təmin edilməsi və uzunmüddətli inkişaf perspektivlərinin formalaşdırılması məqsədi daşıyır.
Tahir Rzayev əlavə edib ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında neft və qazdan asılılığın aradan qaldırılması əsas hədəflərdəndir. Bu baxımdan külək, günəş və su enerjisi kimi alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi qarşıda duran başlıca vəzifələrdəndir. O, Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə neft-qaz ehtiyatlarının daimi olmadığını və alternativ enerji mənbələrinin aşkar edilərək inkişaf etdirilməsinin günün tələbi olduğunu vurğuladığını xatırladıb.
Komitə sədri sonda qeyd edib ki, qlobal miqyasda enerji və iqtisadi sabitliyin təmin olunması üçün dünya dövlətlərinin ortaq mövqedən çıxış etməsi son dərəcə vacibdir. Ayrı-ayrı ölkələrin qeyri-sabitlikdən qısamüddətli fayda əldə etməsi ümumi iqtisadi nizamın pozulmasına və gələcəkdə daha ağır fəsadlara yol aça bilər. Məhz bu səbəbdən Davos İqtisadi Forumunda da sözügedən məsələlər diqqət mərkəzində olub, iqtisadi problemlərin və dünyanı narahat edən qlobal çağırışların müzakirəsi üçün dövlət və hökumət başçılarının bir araya gəlməsi vacib hesab edilib.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək